ABŞ-nin Moskvadakı səfiri Lin Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumatda, səfirin nazirliyə çağırıldığı və ABŞ-nin 3 qeyri-hökumət təşkilatının Rusiya tərəfindən arzuolunmaz təşkilatlar kimi tanınması barədə məlumat verildiyi bildirilib.
Qeyd edək ki, sözügedən təşkilatların ABŞ Beynəlxalq Təhsil Konseyi, Mədəniyyət Perspektivləri üzrə Amerika Şurası və Beynəlxalq Təhsil İnstitutu olduğu bildirilir.
Aysu Demokrat.az


