Hadisə Özəl

Ər arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Ər arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Abşeron rayonunda 1976-cı il təvəllüdlü Rauf ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Gülşənə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 22-də baş verib. Rauf həmin gün, saat 18.30-da ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı Gülşənə yataq otağındakı çarpayının üzərində olan şalvarının yerə düşməsi ilə bağlı irad bildirib.

Bu zaman Gülşən onun iradlarına etiraz edib və ona cavab qaytarıb. Bundan əsəbiləşən Rauf bununla bağlı ailə daxili münasibətlər zəminində aralarında yaranmış narazılıq üstündə mübahisə edərək onun üzərinə hücum edib, əli ilə onun sifətinin burun nahiyəsindən qəsdən zərbə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Raufun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rauf ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Gülşənlə rəsmi nikah əsasında 2011-ci il tarixdən ər-arvad münasibətində yaşayır və bu münasibətdən 2 azyaşlı övladları var: “Hadisə günü birgə yaşadığımımız evdə olan zaman xalam və onun oğlu bizə qonaq gəldilər. Bir qədər söhbət etdikdən sonra onlar getdi. Həmin tarixdə saat 18.30-da yataq otağına keçən zaman çarpayının üzərində özümə məxsus şalvarın yerə düşdüyünü gördüm və arvadıma irad bildirdim. Həmin vaxt iradımı səmimi qəbul etməyən Gülşən məni nalayiq söz və ifadələrlə təhqir etdiyi üçün əsəbiləşdim. Əlimin içərisi ilə 1 dəfə onun burun nahiyəsindən vuraraq xəsarət yetirdim”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Raufun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova