“Azərbaycan bütün sahələrdə olduğu kimi sosial sahədə də qonşu dövlətlərdən öndədir. Hesab edirəm ki, sosial sahənin müxtəlif istiqamətlərində olduğu kimi bu istiqamətə daha da irəliəyişlərin şahidi olacağıq”.
Bu fikirləriİnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil ƏliyevAzərbaycanda uşaqlı ailələr üçün müavinət və eləcə də digər güzəştlər haqqında QHT.az-a açıqlaması zamanı bildirib. QHT sədri qeyd edib ki, iqtisadçılar çoxuşaqlı ailə anlayışı ilə bağlı meyarların dəyişməsi ilə əlaqədar müsbət təkliflər irəli sürürlər: “3 uşaqlı ailələrin artıq bu kateqoriyaya salınmasının vacibliyi vurğulanır. Düşünürəm ki, bu isiqamətdə də dövlətimiz addım atacaq. Belə olan halda bu sahə ilə bağlı müvafiq qanuna dəyişiklik olunacaq və beləliklə də çoxuşaqlı ailələrə verilən yardım daha çox ailəni əhatə edəcək”.
Qeyd edək ki, Azərbaycanda uşaqlı ailələr üçün müavinət və eləcə də digər güzəştlər beşdən çox uşağı olan qadınlara şamil olunur. Hazırda beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 manatdır.


