Dünya Özəl

Keçmiş ispaniyalı futbolçu müsəlman oldu

Keçmiş ispaniyalı futbolçu müsəlman oldu

Keçmiş ispan futbolçu Xose Peleterio İslam dinini qəbul edib.

Demokrat.az xəbər verir ki, o, bununla bağlı sosial media hesabında video yayımlayıb.

Futbolçu sözügedən videoda şəhadət oxuyaraq müsəlman olduğunu açıqlayıb.

Həmçinin, müsəlmanlara müraciət edərək, "Allah sizə bol ruzi və xoşbəxtlik nəsib etsin. Çoxdan gözlənilən Ramazana bir ay qalmış Yaradana qayıtmaq nə böyük nemətdir" deyə vurğulayıb.

Qeyd edək ki, 39 yaşlı Xose İqnasio Peleterio İspaniyanın “Selta Viqo”, “Eybar” və “Alaves”, İngiltərənin “Brentford”, “Birmingem Siti” və “Aston Villa” klublarında çıxış edib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova