Dünya Özəl

Yaponiya Qəzza zolağına əlavə yardım göndərəcək

Yaponiya Qəzza zolağına əlavə yardım göndərəcək

Yaponiya Qəzza zolağına əlavə 32 milyon dollarlıq humanitar yardım göndərəcəyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Kamikava Yoko məlumat verib.

G20 Xarici İşlər Nazirləri Toplantısında çıxış edən Kamikava, Qəzza zolağındakı humanitar vəziyyətdən narahat olduğunu bildirib.

Yaponiyalı nazir qeyd edib ki, ölkəsi Qəzzada yaşayan mülki şəxslərə 32 milyon dollar dəyərində əlavə humanitar yardım göndərməyi planlaşdırır.

Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, humanitar yardım beynəlxalq qurumlar vasitəsilə regiona göndəriləcək.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova