Nigeriya hökuməti kriptovalyuta birjalarına girişi bloklayıb.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankı və Rabitə Müdirliyi birgə məlumat yayıb.
Bildirikib ki, telekommunikasiya şirkətlərinə bütün kriptovalyuta saytlarına girişi dayandırmaq tapşırılıb.
Qeyri-qanuni pul köçürmələrini və yerli valyuta olan nairanın dəyərdən düşməsini dayandırmağa çalışan hökumət, birjaya tətbiqlər vasitəsilə girişi də məhdudlaşdırıb.
Qeyd edək ki, 220 milyon əhalisi olan Nigeriyada yerli valyutanın dollar qarşısında məzənnəsi tarixin ən aşağı səviyyəsindədir.
Aysu Demokrat.az


