Bakının Sabunçu rayonunda 1984-cü il təvəllüdlü Xalid ailə münaqişəsi zəminində həyat yoldaşı Könülə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 25 dekabr 2023-cü ildə, gecə saat 00.05-də baş verib.
Xalid həmin vaxt yaşadığı evin dəhlizində arvadı Könülün mənzilin qapısını gec açması səbəbindən ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə qəsdən baş, boyun və sol qoluna zərbələr vurub. Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Xalidin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


