Dünya Özəl

ABŞ Suriyadakı bazalarına əlavə qüvvələr göndərdi

ABŞ Suriyadakı bazalarına əlavə qüvvələr göndərdi

ABŞ ordusu Suriyanın Deyr əz-Zor və Həsəkə əyalətlərində hərbi bazalarının yerləşdiyi bölgələrə əlavə qüvvələr göndərib.

Demokrat.az-ın xəbərinə görə, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, ABŞ qüvvələrinin konvoyu İraq və Suriya arasındakı Əl-Valid Sərhəd Qapısından Həsəkəyə daxil olub.

ABŞ əsgərlərini daşıyan 20 Bradley tipli zirehli maşından ibarət konvoy əvvəlcə Həsəkə vilayətinin Rumeylan qəsəbəsindəki hərbi bazaya gəlib.

Konvoyun bir hissəsi buradan Fərat çayının şərq sahilindəki Ömər Neft Yatağındakı bazaya köçürülüb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova