Fransa dəmir yolu şirkətinin işçiləri 15-18 fevral tarixləri arasında tətil aksiyası keçirəcək.
Demokrat.az xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.
Məlumata görə, ölkə ərazisindəki dəmiryolçular iş şəraitinin yaxşılaşdırılması, maaşlarının artırılması və erkən pensiyaya çıxması tələbi ilə tətil çağırışı edib.
3 günlük tətil aksiyasında xeyli insan iştirak edəcək.
Aysu Demokrat.az


