ABŞ-nin Nyu-York şəhərində metroya silahlı hücum edilib.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, bölgədəki metroların birində 2 qrup arasında mübahisə yaranıb.
Silahlı davaya çevrilən mübahisə nəticəsində, 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım qrupları göndərilib. Yaralılar qısa zamanda xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, hücumçu şəxslərin axtarışı davam etdirilir.
Aysu Demokrat.az


