Rusiyada təbii qaz boru kəmərində güclü partlayış baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, partlayış ölkənin Perm vilayətində baş verib.
Hadisə nəticəsində 2-si uşaq olmaqla, ümumilikdə 6 nəfər xəsarət alıb.
Partlayışdan sonra ərazi boşaldılıb və yanğın nəzarətə götürülüb.
Hadisə ilə bağlı istintaq başladılıb.
Aysu Demokrat.az


