Daxili siyasət

Seçici aktivliyi 70.85% olub — MSK

Seçici aktivliyi 70.85% olub — MSK

Saat 17:00-a olan məlumata əsasən 125 seçki dairəsi üzrə 6478840 seçicinin 4590075 nəfəri, yəni 70.85 %-i səsvermədə iştirak edib.

Demokrat.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-da keçirilən brifinqdə bildirib.

Qeyd edək ki, seçki qanunvericiliyinə uyğun olaraq, günün növbəti saatın da- 19:00-a olan məlumatlar mütəmadi şəkildə ictimaiyyətə təqdim olunacaq.

D
demokrat.az