Region

Saakaşvili Gürcüstan müxalifətini prezidentliyə vahid namizəd irəli sürməyə çağırdı

Saakaşvili Gürcüstan müxalifətini prezidentliyə vahid namizəd irəli sürməyə çağırdı

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili müxalifəti ilin sonunda keçiriləcək prezident seçkilərində respublika prezidentliyinə vahid namizədlə bağlı qərar verməyə dəvət edir.

Yeniavaz.com xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

“Mən müxalifətdən kimin prezidentliyə namizəd ola biləcəyini təxminən bilirəm, lakin başqalarının fikirləri ilə də maraqlanıram”, - paylaşımda deyilir.

Bundan əlavə, o, ölkənin hazırkı prezidenti Salome Zurabişvilinin parlamentdə illik hesabatını təqdim etməsini müsbət qiymətləndirib.

Qeyd edək ki, dava əvvəl müxalifət partiyaları oktyabrda keçiriləcək parlament seçkilərində qalib gəlsələr, Saakaşvilinin Gürcüstanın baş naziri postuna namizədliyini irəli sürəcəklərini dəfələrlə bəyan ediblər.

D
demokrat.az