Antiterror əməliyyatından sonra özünü buraxmış separatçı rejimin qalıqlarının təmizlənməsi prosesi davam edir.
Demokrat.az"Unikal"-a istinadən xəbər verir ki, Xankəndi şəhərində Qarabağ cəlladlarından biri Bekor ləqəbli Aşot Qulyanın abidəsi sökülüb.
Qeyd edək ki, 1992-ci ildə Ağdərə, Hadrut və bir sıra istiqamətlərdə nahaq qan tökən terrorçunun abidəsi Xankəndi universitetinin qarşısındakı parkda yerləşirdi.


