Maraqlı Özəl

Yerdən 137 işıq ili uzaqlıqda ekzoplanet kəşf edildi

Yerdən 137 işıq ili uzaqlıqda ekzoplanet kəşf edildi

Yerdən 137 işıq ili uzaqlıqda olan "TOI-715" adlı qırmızı ulduzun ətrafında fırlanan ekzoplanet aşkar edilib.

Demokrat.az xəbər verir ki, bu barədə “NASA” açıqlama yayıb.

Bildirilib ki, sözügedən ekzoplanet Birmingem Universitetinin tədqiqatçısı Dr.Georgina Dransfieldin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu tərəfindən aşkar edilib.

Yerdən 1,5 dəfə böyük olan "TOI-715 b" adlı yeni planetin ulduzdan maye suyun keçməsinə imkan verəcək məsafədə orbitə çıxdığı bildirilib.

Həmçinin onun ulduzun səthində mövcud ola bildiyi və ulduzun ətrafında bir orbitini 19 günə tamamladığı vurğulanıb.

Açıqlamada, "TOI-715 b"-nin bağlı olduğu sistemdə Yer böyüklüyündə başqa bir planetin ola biləcəyi bildirilib.

Aysu Demokrat.az

D
demokrat.az