Gündəm Özəl

"Bu yeniyetmələr başqalarının fikirlərini nəzərə alan deyillər, hesab edirəm ki..." — AÇIQLAMA

Bu yeniyetmələr başqalarının fikirlərini nəzərə alan deyillər, hesab edirəm ki... — AÇIQLAMA

Bakıda yeniyetmənin küçədən keçən yaşlı qadına qarşı qeyri-etik hərəkət etməsi və bunu videoya çəkib yayması sosial şəbəkələrdə tənqidlərə səbəb olub. Bildirilir ki, həmin şəxs əvvəllər də ictimai yerlərdə xoşagəlməz hərəkətlər edib və bunu çəkərək sosial şəbəkələrdə paylaşıb. Onun bu hərəkətləri ictimaiyyətdə narahatlıq doğurub. Yeniyetmənin sonuncu əməlindən sonra Daxili İşlər Nazirliyi baş verənlərə münasibət bildirib. DİN-in Mətbuat xidmətindən bildirilib ki, əvvəllər də həmin şəxslə bağlı müvafiq tədbirlər görülüb: “Buna baxmayaraq o, hərəkətlərini davam etdirir. Həmin şəxslə bağlı əlavə tədbirlər görüləcək”. Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirən sosioloq Lalə Mehralı hesab edir ki, bu cür yeniyetmələrlə bağlı qanun çərçivəsində addımlar atılmalıdır:

Bu yeniyetmələr başqalarının fikirlərini nəzərə alan deyillər, hesab edirəm ki... — AÇIQLAMA

“Fikrimcə, bu məsələdə ictimai qınaq heç bir işə yaramayacaq. Çünki belə hərəkətlər edən yeniyetmələr ictimai qınağı nəzərə alaraq hərəkət edirlər. Yayılan videolardan da görünür ki, ətrafda insanların tənəli baxışı, etiraz səsləri var, amma onlar bunu veclərinə almırlar. Onları maraqlandıran yeganə şey odur ki, kadr istədikləri kimi alınsın və baxış sayı toplasınlar. Yeniyetmələrin ailələri ilə ciddi danışmaq lazımdır. Bilməlidirlər ki, yeniyetmə ictimaiyyəti narahat edən hərəkətlər etsə, özü və valideyni hansı məsuliyyəti daşıyacaq. Bu məsələnin öhdəsindən hüquq-mühafizə orqanları gəlməlidir. İctimai qınaqla nəyəsə nail ola bilmirik. İctimai qınaq o halda işə yarayar ki, şəxs etdiyindən peşman olsun, başqalarının fikri onun üçün maraqlı olsun. Bu yeniyetmələr başqalarını nəzərə alan tiplərdən deyillər. Hesab edirəm ki, məsələ hüquqi yollarla həllini tapmalıdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova