Şou-biznes

Xəstəxanaya yerləşdirilən İlkin Həsəni: “Əməliyyat qaçılmazdır”

Xəstəxanaya yerləşdirilən İlkin Həsəni: “Əməliyyat qaçılmazdır”

Səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilən aparıcı İlkin Həsəni əməliyyatın qaçılmaz olduğunu bildirib.

Aparıcı hazırda vəziyyətinin yaxşı olduğunu deyib.

“Dostlar, hər şey qaydasındadır. Manşetlərdə “İlkin Həsəni xəstəxanaya yerləşdirildi” ifadəsibir az drammatik görünsə də, vəziyyət yaxşıdır. Bir neçə günlük davam edən müayinələr onu göstərdi ki, əməliyyat qaçılmazdır. Kimin zənglərinə, mesajlarına cavab verə bilmirəmsə, üzrlü saysın, ağrıkəsicilərin təsirindən havalardayam”, - deyə aparıcı qeyd edib.

NE
Nihadə Eyyubova