Dünya Özəl

Qızıl mədəni çökdü: Ölənlər var

Qızıl mədəni çökdü: Ölənlər var

Malidə qeyri-qanuni qızıl mədəninin çökməsi nəticəsində azı 70 nəfər ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Mədən Müdirliyindən məlumat verilib.

Bildirilib ki, Koulikoro bölgəsinin qeyri-qanuni fəaliyyət göstərən qızıl mədəni çöküb.

Hadisə nəticəsində ən azı 70 nəfərin həyatını itirdiyi və axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib.

Qeyd edək ki, Afrikanın üçüncü ən böyük qızıl istehsalçısı olan Malidə belə qəzalar tez-tez baş verir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova