Hadisə Özəl

İş yerində yanğın: 39 nəfər öldü

İş yerində yanğın: 39 nəfər öldü

Çinin Tszyansi əyalətində ofisdə baş verən yanğın nəticəsində 39 nəfər ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilib ki, əyalətin Sinyu şəhərində yerləşən idarənin binasının zirzəmisində yanğın baş verib.

Yanğın 2 mərtəbəli binanı bürüyüb.

Yerli hakimiyyət orqanlarının verdiyi açıqlamada yanğında 39 nəfərin öldüyü, ən azı 9 nəfərin yaralandığı bildirilib.

Rəsmilər binada insanların olduğunu və axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.

Yanğının səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Aysu Demokrat.az

D
demokrat.az