Hadisə

Ağcabədidə qəza: Xəsarət alanlar var

Ağcabədidə qəza: Xəsarət alanlar var

Ağcabədidə minik və yük avtomobili toqquşub, dörd nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə rayonun Poladlı kəndində qeydə alınıb.

Hərəkətdə olan VAZ 2106markalı avtomobillə “QAZel” markalı yük maşını toqquşub.

Qəza zamanı hər iki avtomobildə olan sərnişinlər, 1979-cu il təvəllüdlü YasəmənMəmməd qızı Quliyeva, 1998-ci il təvəllüdlü RəqsanəNatiq qızı Ələsgərova, 1982-ci il təvəllüdlüKənanƏvəz oğlu Nayibovvə Rəvan Gülşad oğlu Nəcəfov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova