Dünya Özəl

Yunanıstanın baş naziri Miçotakis Blinkenlə danışdı

Yunanıstanın baş naziri Miçotakis Blinkenlə danışdı

Yunanıstanın baş naziri Kiriakos Miçotakislə ABŞ dövlət katibi Antoni Blinkenin telefonla danışıb.

Demokrat.az xəbər verir ki, bu barədə Yunanıstanın baş nazirliyindən açıqlama verilib.

Açıqlamaya görə, Miçotakis ilə Blinken arasında baş tutan telefon danışığında Qəzzadakı vəziyyət, Qırmızı dənizdəki inkişaflar və bölgədə gəmiçilik azadlığının üzləşdiyi təhlükələr müzakirə edilib.

Danışıq zamanı fevral ayında Vaşinqtonda keçirilməsi planlaşdırılan ABŞ-Yunanıstan Strateji Dialoq Görüşünə qədər ikitərəfli əlaqələr müzakirə edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova