Türkiyənin Kayseri vilayətində 4 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə “AFAD” məlumat yayıb.
Bildirilib ki, vilayətin Yahyalı rayonunda səhər saatlarında 4 bal gücündə zəlzələ baş verib.
Zəlzələ yerin təxminən 18,98 kilometr dərinliyində qeydə alınıb.
Qeyd edək ki, zəlzələdən sonra bölgədə dağıntı və ya tələfat təsbit olunmayıb.
Aysu Demokrat.az


