Hadisə Özəl

Bakıda tanışını öldürən şəxsin məhkəməsi başlayır

Bakıda tanışını öldürən şəxsin məhkəməsi başlayır

Bakının Sabunçu rayonunda tanışını öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Adil Əsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Vüqar Quliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yanvarın 31-nə təyin edilib.

İttihama görə, ötən ilin oktyabrın 25-də 1970-ci il təvəllüdlü Firdovsi Nəcəfovun qəsdən öldürülməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1988-ci il təvəllüdlü Adil Əsgərovun Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Firdovsi Nəcəfovu dəmir parçası ilə vuraraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Adil Əsgərovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuluqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az