Dünya Özəl

Qəzzada ölənlərin sayı 23 mini keçdi

Qəzzada ölənlərin sayı 23 mini keçdi

7 oktyabrdan bu yana Qəzzaya təşkil edilən hücumlarda ölənlərin sayı 23 min 708-ə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsrailin Qəzza zolağına etdiyi hücumlarda son 24 saatda 151 fələstinli öldürülüb, 248 nəfər isə yaralanıb.

Bununla da 7 oktyabrdan bu yana hücumlarda həyatını itirən fələstinlilərin sayının 23 min 708-ə, yaralı sayının isə 60 min 5-ə yüksəldiyi qeyd edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova