Hadisə

Gömrükdə 3 milyondan çox əsassız ödənişin “ÜSTÜ AÇILDI” — İş DTX-ya göndərildi

Gömrükdə 3 milyondan çox əsassız ödənişin “ÜSTÜ AÇILDI” — İş DTX-ya göndərildi

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində məlum olub ki, dövlət büdcəsindən əsassız olaraq 3 281 270 manat ödəniş olub.

Demokrat.az xəbər verir ki, yoxlamalar 01.01.2016 – 27.05.2018 tarixlərini əhatə edib.

Aparılan yoxlamalar nəticəsində əsassız xərclənən 3 281 270 manat geri qaytarılıb.

İş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilmişdir.(Fed.az)

D
demokrat.az