Bakıdabacısını qətlə yetirməkdə təqsirləndirilən Həsən Kərimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, məhkəmənin hazırlıq iclası yanvarın 19-a təyin olunub.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Telman Hüseynovun icraatına verilib.
Qeyd edək ki, 2023-cü il oktyabrın 12-də saat 23 radələrində 2003-cü il təvəllüdlü İlahə Kərimovanın ölməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 2004-cü il təvəllüdlü Həsən Kərimovun Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində aralarında yaranmış mübahisə zamanı bacısı İlahə Kərimovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Həsən Kərimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Xatırladaq ki, İlahə Kərimova ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi olub. O, kollecin Peşə təlimi şöbəsinin Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi ixtisası üzrə təhsil alıb.
Fariz Məlikli Demokrat.az


