ABŞ 2022-ci ilin aprelindən bəri ilk dəfə Rusiyadan neft idxal edib.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, ölkə 2023-cü ilin noyabrında 10 min barrel Rusiya neftini 749 min dollara alıb.
İdxalın bir barel üçün 74,9 dollar olması diqqət çəkib.
Xatırladaq ki, ABŞ Ukraynadakı müharibə ilə əlaqədar Rusiyanın enerji sektoruna sanksiyalar tətbiq etməyə başlayıb və 2022-ci ilin aprelindən etibarən Rusiyadan neft idxalını dayandırıb.
Aysu Demokrat.az


