Sosial

“Peynirci Baba” alıcıları aldadır? — FOTO

“Peynirci Baba” alıcıları aldadır? — FOTO

“Bu bir başa vergidən yayınma halıdır”.

Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı vəkil Əkrəm Həsənov Bakıda fəaliyyətdə olan “Peynirci Baba” mağazalar şəbəkəsindən alış-veriş zamanı vətəndaşalara qaytarılan ƏDV çekindən danışarkən deyib. Vəkil hesab edir ki, sözü gedən mağazalar şəbəkəsindən alıcıya təqdim edilən bu çekin heç bir hüquqi əsası yoxdur:

“Bu eyni zamanda istehlakçıların hüquqlarının pozulmasıdır, alıcıların aldadılmasıdır. Belə çek olar? Mağaza 34 manat alış-verişə 29 manat ƏDV verir? ƏDV 18% olur. Mağazadan verilən çeki başa düşmək olmur. İstehlakçıların hüquqlarının müdafiəsi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məşğul olur, inanıram ki, xidmət bu məsələni araşdıracaq”.

“Peynirci Baba” alıcıları aldadır? — FOTO

D
demokrat.az