Son bir həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla, Türkiyə ordusunun daxili və sərhədyanı əməliyyatlarla 45 terrorçu zərərsizləşdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin (TSK) terrorla mübarizəsi qətiyyətlə davam edir:
“Son bir həftədə PKK və FETÖ başda olmaqla bütün terror təşkilatlarına qarşı daxili və sərhədyanı əməliyyatlarla 45 terrorçu zərərsizləşdirilib.
Bununla da zərərsizləşdirilən terrorçuların sayı 2 min 282-yə çatıb”.
Aysu Demokrat.az


