İranın Sistan-Bəlucistan əyalətində silahlı qruplaşma polis idarəsinə hücum edib.
Demokrat.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, bir qrup silahlı şəxs Sistan-Bəlucistan əyalətinin Rask şəhərində polis məntəqəsinə hücum edib.
Təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə başlayan qarşıdurmada bir polis məmuru həyatını itirib.
Təxminən 3 saat davam edən qarşıdurmadan sonra hücumçular qaçıb və bölgədə genişmiqyaslı əməliyyat başlayıb.
Aysu Demokrat.az


