Hadisə Özəl

Kabildə bombalı hücum: Ölənlər var

Kabildə bombalı hücum: Ölənlər var

Əfqanıstanın paytaxtı Kabilin şərqində bombalı hücum nəticəsində ən azı 3 nəfər həyatını itirib.

Demokrat.az xəbər verir ki, bu barədə Kabil Polis İdarəsinin sözçüsü Xalid Zadran mətbuata açıqlama verib.

O bildirib ki, Kabilin şərqindəki Aloxayl bölgəsində sərnişin avtomobilinə yerləşdirilən maqnit bombasının partlaması nəticəsində ən azı 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Təhlükəsizlik qüvvələrinin bölgəyə gəldiyini bildirən Zadran, hadisə ilə bağlı bir şübhəlinin saxlanıldığını qeyd edib.

Qeyd edək ki, hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova