Türkiyənin xarici işlər naziri Hakan Fidan Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev ilə görüşüb.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Bildirilib ki, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan rəsmi görüşlər üçün Qırğızıstana səfər edib.
İkitərəfli görüş Qırğızıstanın paytaxtı Bişkekdə baş tutub.
Görüşdə ikitərəfli münasibətlər bütün aspektləri üzrə müzakirə edilib, regional hadisələr və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Aysu Demokrat.az


