Media Özəl

“Lazımsız müzakirədir...” — Elçin Şıxlıdan REAKSİYA

“Lazımsız müzakirədir...” — Elçin Şıxlıdan REAKSİYA

Əməkdar artist Aygün Bəylərin vida mərasimində tar ifaçısı Elxan Müzəffərovun İctimai TV-nin müxbirinə qarşı davranışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Gənc jurnalist tarzəni tanımayıb, bunun əvəzində də ifaçı ona ünvanlanan sualı cavabsız qoyub. Sosial şəbəkələrdə jurnalisti qınayanlar da var, tarzənin hərəkətinin etik olmadığını deyib onu müdafiə edənlər də.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının hadisə ətrafında gedən müzakirələrə münasibətini öyrəndik:

“Lazımsız müzakirədir...” — Elçin Şıxlıdan REAKSİYA

“İki gündür ki, bu hadisə müzakirə olunur. Bunu gündəmə çevirməyə ehtiyac yoxdur, lazımsız müzakirədir. Ona görə də bu barədə çox danışmaq istəmirəm. Yazıçı Çingiz Hüseynov bu gün vəfat edib, heç onun haqqında danışan yoxdur, çoxları bəlkə də onu tanımırdı. Jurnalistin peşəsi sual verməkdir, kimsə cavab verir, kimsə vermir... Mədəniyyət, tərbiyə məsələsidir. Hadisə baş verdi, bitdi. Bu il ölkəmiz COP-29 kimi möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Bütün dünya mətbuatı bundan yazır, bizdə isə bu barədə yazan yoxdur”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova