Türkiyənin xarici işlər naziri Hakan Fidan Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayevin dəvəti ilə sabah Qırğızıstana gedəcək.
Demokrat.az xəbər verir ki, bu barədə “DHA” məlumat yayıb.
Bildirilib ki, Xarici işlər naziri Hakan Fidan Qırğızıstan Respublikasının Xarici İşlər Naziri cənab Ceenbek Kulubayevin dəvəti ilə sabah Qırğız Respublikasına səfər edəcək.
Görüşlərdə ikitərəfli münasibətlərin bütün aspektlərdə müzakirə olunacağı, cari regional hadisələr və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacağı gözlənilir.
Aysu Demokrat.az


