Dünya

HƏMAS İsraillə girovların azad olunması üzrə danışıqları dondurub

HƏMAS İsraillə girovların azad olunması üzrə danışıqları dondurub

HƏMAS qruplaşmanın rəhbər şəxslərindən biri olan Saleh əl-Ərurinin Beyrut yaxınlığında öldürülməsindən sonra İsraillə Qəzzada saxlanılan girovların azad olunması üzrə danışıqları dondurub.

Demokrat.az Trend-ə istinadənxəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Qeyd edək ki, HƏMAS İsrailin pilotsuz uçuş aparatlarının Dahiyaya hücumu nəticəsində əl-Ərurinin öldüyünü rəsmi olaraq təsdiqləyib. Əl-Əruri ilə birlikdə HƏMAS-ın "İzzəddin əl-Qəssamın briqadaları" döyüş qolunun iki komandiri həlak olub.

NE
Nihadə Eyyubova