Hadisə

Maşın Heydər Məscidinin hasarına çırpıldı: Ölən və xəsarət alanlar var

Maşın Heydər Məscidinin hasarına çırpıldı: Ölən və xəsarət alanlar var

Bakıda bir nəfərin ölümü, üçün nəfərin xəsarət alması ilənəticələnən yol qəzası olub.

Demokrat.azİqtisadiyyat.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mkr. ərazisində qeydə alınıb.

Salyan rayon sakini Saidov Müslüm Elşən oğlu idarə etdiyi "Kio-Rio" markalı avtomaşının idarəetməsini itirərək Heydər Məscidinin hasarına vurub.

Nəticədə özü müxtəlif bədən xəsarəti alıb, avtomobildə olan sərnişin Hətəmov Ədalət Elçin oğlu hadisə yerində ölüb, digər sərnişinlər Şirəliyev Xan İlqar oğlu və Mehdizadə Nihad Ziyadxan oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

D
demokrat.az