Azərbaycanda 2024-cü il, fevralın7-də keçirilək prezident seçkilərinin monitorinqini həyata keçirmək məqsədilə “Mənim Səsim” Seçki Monitorinq Koalisiyası təssis edilib.
Demokrat.az xəbər verir ki, təsisçilər D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocmanlı və Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin sədri Səadət Bənəniyarlıdır.
Təsisçilərin bəyanatında bildirilib ki, koalisiyanın işində tanınmış seçki mütəxəssisləri, ekspertlər və politoloqlardan ibarət peşəkar müşahidəçi qrup fəaliyyət göstərəcək. Bundan başqa, koalisiya seçkinin bütün mərhələlərində monitorinqini apararaq aralıq, seçki günü və yekun hesabatlar hazırlayaraq ictimaiyyətə təqdim edəcək.


