Türkiyədə avtomobilin evakuatora çırpılması nəticəsində 2 nəfər ölüb.
Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Çanaqqala vilayətində baş verib.
Bildirilib ki, hərəkətdə olan avtomobil eyni istiqamətdə gedən evakuatorun arxasına çırpılıb.
Hadisə yerinə təcili tibbi yardım və polis qrupları gəlib. Qəzada 2 nəfərin öldüyü müəyyən edilib.
Qəzaya qarışan avtomobil və evakuator hadisə yerinə gələn qruplar tərəfindən çıxarılıb.
Araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


