Oskar mükafatı almış "Parazit" filminin aktyoru Li Sun Kyununun cəsədi tapılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Cənubi Koreya mediası məlumat yayıb.
Bildirilib ki, ölkə polisi aktyorun səhər saatlarında evində ölü halda tapıldığını açıqlayıb.
Həmçinin aktyorun intihar etməsi ilə bağlı iddialar yayılıb.
Qeyd edək ki, aktyora qarşı marixuana və psixoaktiv dərmanlardan istifadə ittihamı ilə istintaq aparılırdı.
Ölkə mətbuatı narkotik araşdırmasından sonra aktyorun televiziya və reklam işini itirdiyini bildirib.
Həmçinin 48 yaşlı Linin həftə sonu 19 saat polisə ifadə verdiyi qeyd edilib.
Araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


