İstanbul şəhər Polisi tərəfindən mafiya qruplarına qarşı fərqli tarixlərdə keçirilən əməliyyatlar zamanı ələ keçirilən 23 bahalı avtomobil məhkəmənin qərarı ilə müsadirə edilib.
Demokrat.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya özünün sosial şəbəkə hesabında məlumat verib.
Nazir bildirib ki, sözügedən avtomobillər məhkəmənin qərarı ilə Polis İdarələrinə bağışlanıb.
Avtomobillərin bazar dəyəri 100 milyon lirə olaraq qiymətləndirilir.
İstanbul Baş Polis İdarəsi sözügedən avtomobilləri şəhrin bir neçə yerində nümayiş etdirməsi isə yerli vətəndaşlarla yanaşı turistlərin də marağına səbəb olub.




Elmar Heydərli Demokrat.az


