İsveçin NATO-ya üzvlüyü ilə bağlı parlamentdə ilk addım atılıb.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokol ilk dəfə noyabrın 16-da Türkiyənin Xarici Əlaqələr Komissiyasının gündəliyinə çıxarılıb.
Lakin danışıqları yekunlaşdırmaq mümkün olmayıb və İsveç hökumətindən öhdəliklərlə bağlı məlumat istənilib.
Parlamentin Xarici Əlaqələr Komitəsi İsveç gündəmi ilə ikinci dəfə toplanıb.
Komissiya sədri Fuat Oktay İsveçin xüsusilə terrorun maliyyələşdirilməsi ilə bağlı addımlar atdığını bildirsə də, "Terrorla mübarizədə hələ gözlənilən nəticəni görmədik" deyib.
Parlamentdə proses tamamlanmayıb Komissiyada müzakirələrdən sonra səsvermə başlayıb.
İsveçin NATO-ya daxil olma protokolu səs çoxluğu ilə qəbul edilib.
Ancaq TBMM-dəki proses hələ başa çatmayıb.
İsveçin NATO-ya üzv olması üçün Baş Assambleyanın təsdiqi məcburidir. Amma görüşün təqvimi hələ dəqiq deyil.
Parlament üzvləri öz fikirlərini bildirdikdən sonra İsveçin NATO-ya qəbulu ilə bağlı protokol qəbul edilib. Artıq son sözü TBMM Baş Assambleyası deyəcək.
Bütün üzv dövlətlərdən təsdiq tələb olunur. Yeni ölkənin NATO-ya qəbul edilməsi üçün bütün üzv dövlətlərin parlamentləri onu fərdi qaydada təsdiq etməlidir.
İndiyədək 31 üzv ölkədən 29-u öz parlamentlərində İsveçin NATO-ya üzvlüyünü qəbul edib.
Aysu Demokrat.az


