Şou-biznes

Müşviqdən Təranənin "parodiya yox, təlxəklik edir" sözlərinə reaksiya

Müşviqdən Təranənin parodiya yox, təlxəklik edir sözlərinə reaksiya

Aktyor Müşviq Şahverdiyev "Zarafat bir yana" verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, aktyordan proqramda müğənni Təranə Qumralın "Müşviq parodiya yox, təlxəklik edir" sözlərinə necə münasibət bildirdiyi soruşulub. Müşviq ifaçının sözləri ilə razılaşmadığını və onunhəyat yoldaşıMusa Musayevi olduğu kimi parodiya etdiyini vurğulayıb:

"İnsandır, xanımdırdeyib. Böyük bir reaksiya vermək istəmirəm. Musa müəllimin parodiyasını Təranə xanım təlxəklik kimi görübsə, o, necədirsə, səsi, geyimielə də etmişəm. Təranə xanım onu təlxək kimi görə bilər, amma nədirsə, elə də etmişəm. Orada nə saçda, nə geyimdə,nə də başqa bir şeydə əlavələrimiz olub. Mən o mahnı ilə söyüş söymürəm, nə də artıq-əskik nəsə. Onların narazılığı o olub ki, qabarıq etmişəm. Qurban olum, parodiyanı qabarıq edirlər də. Eynisini etsəm, o qədər də effektli olmaz.

Rusiya kanallarına baxmışam, orada elə parodiyalar edirlər, həmin sənətkar da qarşısında əyləşib. Alla Puqaçova oturub, onu elə qabarıq parodiya edirlər ki, özü də ölür gülməkdən. Düzdür, parodiyanın da bir həddi var, amma biz bunu aşmamışıq. Kişi müğənniyə qadın pariki qoysaq, geyimi geyinib parodiya etsək, razıyam, o təhqirdir. Amma birə-bir eyni obrazı yaradırıq, gülməli olsun deyə bir-iki söz əlavə edirik.Bir az yumoristik olsun deyə, əlavə etmişəmsə,bu inciniləsi bir şey deyil. İnciyirlərsə də, özləri bilərlər".

Qeyd edək ki, T.Qumral açıqlamasında Müşviq barəsində"Parodiya etdiyin insanı heç olmazsa, yarısı qədər yamsılamağı bacarmalısan. Müşviqi tikanlamışam, qulağına da çatıb. Bir var insan parodiya edir, bir də var Müşviq kimi... Otəlxəklik edir. Dəfələrlə özünə də demişəm. İnsan parodiyaetməlidir, amma hər şey çərçivə daxilində" sözlərini səsləndirib.Müğənni M.Musayev isə parodiya zamanı Müşviqin çərçivədən çıxdığını bildirib.

NE
Nihadə Eyyubova