Hər zaman gözəl və baxımlı görünmək istəyən bir çox qadın qalıcı dırnaq və makiyajdan istifadə edir. Son illərdə getdikcə daha çox görülən bu prosedurlar üz və dırnaqlara zərər verməmək üçün mütəxəssislər tərəfindən steril bir mühitdə edilməlidir.
Demokrat.az xəbər verir ki, bu barədə sualları “TRT Haber”ə mütəxəssis Emine Tuğba Alataş cavablayıb.
"Son illərdə qalıcı dırnaq boyası və makiyaj prosedurları artmaqdadır" deyən Emine Tuğba Alataş ilk olaraq dırnaqlara tətbiq edilən prosedurlara diqqət çəkib:
"Həm qalıcı dırnaq boyası, həm də uyğun texnika ilə edilməyən manikür və ya pedikür ciddi sağlamlıq riski yaradır. Manikür və ya pedikür zamanı dırnağa zərərli mikroorqanizmlərin daxil olmasının qarşısını alan və dırnağa dəstək verən kəsik dediyimiz kutikulun düzgün aparılmaması nəticəsində dırnaq ətrafında şişlik və infeksiyalar yarana bilər. Yenə steril olmayan materialların istifadəsi nəticəsində göbələk, bakterial və viral infeksiyalar baş verə bilər. Soyuqdəymələrə də səbəb olan herpes infeksiyası baş verə bilər. Həmçinin hepatit dediyimiz sarılıq yaradan mikroorqanizmin, QİÇS-in törədicisi kimi tanınan və insanlarda immun sistemini sıxışdıran HİV kimi virus infeksiyalarına səbəb ola bilər. Bakteriya, göbələk və herpes kimi virus infeksiyaları erkən simptomlar göstərsə də, hepatit və HİV kimi infeksiyalar prosedurlardan aylar sonra simptomlar göstərir”.
Qadınlar arasında çox məşhur olan digər bir tətbiq isə qalıcı makiyajdır.
Dr. Alataş qarşılaşa biləcəyiniz mümkün narahatlıqları aşağıdakı kimi sıralayır:
“İstifadə olunan maddə və texnikadan asılı olaraq insanda bakterial hepatit və HİV, üz və gözlərdə şişkinliyə səbəb olan allergik reaksiyalar, dəridə qızartı, sulanma və kəpəyə səbəb olan kontakt dermatit adlandırdığımız ekzema, ləkələr daxil olmaqla infeksiyalar ola bilər. Üstəlik, qaş və kirpik kimi qalıcı makiyaj prosedurları lazerlə müalicə oluna bilsə də, qalıcı tonal kremlər lazer müalicəsinə davamlıdır və silinməyə bilər. Qalıcı makiyajdan sonra mümkün problemlərin qarşısını almaq üçün prosedur səlahiyyətli şəxslər tərəfindən edilməlidir”.
“Xüsusilə vitiliqo və sedef xəstəliyindən əziyyət çəkənlərə qalıcı makiyaj tətbiq edilməməlidir. Əgər tətbiq edəcəklərsə, mütləq mütəxəssis həkimə müraciət etməlidirlər”.
Aysu Demokrat.az


