Dünya Özəl

90 yaşında universitet məzunu oldu

90 yaşında universitet məzunu oldu

Amerika Birləşmiş Ştatlarının Texas ştatında yaşlı qadın orta məktəbi bitirdikdən 73 il sonra 90 yaşında magistr adını qazanıb.

Demokrat.az-ın xəbərinə görə “People” jurnalında dərc olunan məlumatda deyilir ki, xanım Minni Peyn universitet tarixində təhsilini başa vuran ən yaşlı insandır. O, mediaya açıqlamasında bu nailiyyətin ona böyük sevinc bəxş etdiyini deyib. Peyn yaşının çox olmasına baxmayaraq təhsil həyatının sonuna gəldiyini düşünmür. O, təhsilini davam etdirmək niyyətindədir. Çünki hələ də fiziki və əqli imkanlarının buna yol verdiyi qənaətindədir.

Maraqlıdır ki, Peyn Cənubi Karolinada təhsilsiz dəyirmançı ailəsində böyüyüb. 1950-ci ildə orta məktəbi bitirib və kollecdə oxumağa başlayıb. 30 il işlədiyi korrektor peşəsindən təqaüdə çıxdıqdan sonra Peyn 68 yaşında yenidən təhsil yoluna qayıdıb və 2006-cı ildə Texas Universitetində ümumi tədqiqatlar üzrə bakalavr dərəcəsinə qəbul olub. 17 il sonra magistr pilləsini isə distant şəkildə tamamlayıb.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova