Hadisə Özəl

Yük maşını ilə tanker toqquşub: 1 ölü, 3 yaralı

Yük maşını ilə tanker toqquşub: 1 ölü, 3 yaralı

Türkiyədə zibil daşıyan yük maşını ilə tankerin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Sarıyer ərazisində baş verib.

Qəza bölgəsinə təcili tibbi yardım və polis qrupları göndərilib. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Polis tərəfindən verilən açıqlamada, qəza ilə bağlı istintaqa başlanıldığı bildirilib.

Araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova