Bakının Sabunçu rayonunda həyat yoldaşını boğaraq öldürməkdə təqsirli bilinən 63 yaşlı Şahniyar Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Səbuhi Hüseynovun icaraatına verilib.
Məhkəmənin hazırlıq iclası dekabrın 26-na təyin edilib.
İtithama görə, qətl hadisəsi bu il sentyabrın 14-də Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib. Şahniyar Məmmədov birgə yaşadıqları kirayə evdə aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı, 49 yaşlı Validə Zülfüqarovanı boğaraq öldürüb.
Hadisə baş verən zaman cütlüyün nəvələri də evdə olub.
Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Qeyd edək ki, Şahniyar Məmmədov Xalq artisti Aşıq Mahmudun qardaşı oğludur.
Fariz Məlikli Demokrat.az


