Britaniya iki mina ov gəmisini Ukraynaya göndərəcəyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi açıqlama yayıb.
Açıqlamada, Britaniyanın Ukrayna üçün Norveçlə koalisiya quracağı və bu çərçivədə Ukraynaya iki mina o lama gəmisinin tədarük ediləcəyi bildirilib.
Sözügedən koalisiyanın Böyük Britaniya, Norveç və digər ölkələrin Ukraynaya verdiyi dəstəyi artıracağı vurğulanıb və bu dəstəyin Ukraynanın donanmasını dəyişdirməsinə, inkişaf etdirməsinə kömək edəcəyi bildirilib.
Bəyanatda xüsusilə Ukrayna donanmasının dəniz imkanlarının gücləndirilməsinin Rusiya dəniz minalarının yaratdığı təhlükənin qarşısını almağa və Ukraynanın dəniz ixracatını bərpa etməyə kömək edəcəyi qeyd edilib.
Aysu Demokrat.az


