Hadisə

“Premium Park”: Ağacların kəsildiyi bildirilən ərazinin yaşayış kompleksinə aidiyyatı yoxdur — YENİLƏNİB

“Premium Park”: Ağacların kəsildiyi bildirilən ərazinin yaşayış kompleksinə aidiyyatı yoxdur — YENİLƏNİB

“Premium Park” şirkəti məsələ ilə bağlı açıqlama yayıb.

Pravda.az şirkətin mövqeyini təqdim edir:

“Bir müddət öncə bəzi sosial şəbəkə səhifələrində ünvanımıza səsləndirilən böhtan xarakterli fikirlərə cavab olaraq bildirmək istərdik ki, sözügedən ərazinin yaşayış kompleksinə heç bir aidiyyatı olmaması ilə yanaşı, şirkətin əməkdaşları tərəfindən orada əkilən ağaclara mütamadi olaraq agrotexniki qulluq göstərilir. Həmçinin, şirkətin hədəflərindən birinin ətraf mühitə tövhə vermək olduğunu nəzərə alaraq yaşayış kompleksinin daxilində də gələcəkdə ağacların əkilməsi nəzərdə tutulub”.

09:30

Xəbər verdiyimiz kimi, Nizami rayonunun Rüstəm Rüstəmov küçəsindəki yaşıllıq zolağında 30-a yaxın zeytun ağacı kəsilib. Hadisə bir müddət öncə, tikilməkdə olan “Premium Park” (“Qismət-M House” MMC) yaşayış kompleksinin qarşısında baş verib.

Sosial şəbəkələrdə bildirilib ki, çoxillik ağacları perspektivdə kompleksin qarşısında parkinq yaratmaq üçün kəsiblər.

“Sıx yerləşən ağaclar bu işə mane olurdu, indi isə yaşıllıq seyrəlib və ağacların arasında maşın saxlamaq üçün şərait yaranıb. Kəsilən ağacların əvəzinə sanki kompensasiya olaraq kiçik yolkalar əkiblər. Amma zaman keçdikcə onları da qurudub yox edəcəklər”, - qeyd olunub.

Amma “Premium Park” açıqlama yayaraq ərazinin onlara məxsus olmadığını bildirilib: “Bir müddət öncə bəzi sosial şəbəkə səhifələrində ünvanımıza səsləndirilən böhtan xarakterli fikirlərə cavab olaraq bildirmək istərdik ki, sözügedən ərazinin yaşayış kompleksinə heç bir aidiyyatı olmaması ilə yanaşı, şirkətin əməkdaşları tərəfindən orada əkilən ağaclara mütamadi olaraq agrotexniki qulluq göstərilir. Həmçinin, şirkətin hədəflərindən birinin ətraf mühitə tövhə vermək olduğunu nəzərə alaraq yaşayış kompleksinin daxilində də gələcəkdə ağacların əkilməsi nəzərdə tutulub”.

Məsələnin maraqlı tərəfi odur ki, “Pravda.az”da oktyabrın 19-da ““Neftçilər” metrosu yaxınlığında yaşayış kompleksi inşa edən şirkəti 15 min manat cərimə gözləyir” başlıqlı yazı dərc olunub. Bildirilib ki, “Qismət-M House” MMC-yə inzibati protokol yazılıb. Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci (Yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir) maddəsinə əsasən tərtib olunub. İş Nizami Rayon Məhkəməsinə göndərilib. Sual ortaya çıxır, ərazi şirkətə aid deyilsə, ağacı şirkətin əməkdaşları kəsməyibsə, protokol niyə həmin MMC-yə yazılmalıdır? “Premium Park” yaydığı açıqlama ilə protokol tərtib edən dövlət qurumunu yalanlayır? Bəs yaxşı, illərdir, o ağaclar oradadır, necə olur, şirkət yaşayış kompleksi inşa edən kimi yaşıllıq yoxa çıxdı, kim “oğurladı”? Məcburi göstəriş əsasında ağacları kimlər əkib bəs? Təkzib etməklə deyil, ağaclar kəsilib, qanunamüvafiq cəza tədbiri görülməlidir. Təbiətə ziyan vurmaq vəhşilikdir. Yaşıllıqların qorunması ölkə rəhbərliyin diqqət mərkəzindədir. Nizami rayonunda bu sahədə vəziyyət ürəkaçan deyil, faktlarla tanış olmaq üçün xəbər saytlarını izləmək kifayətdir. Əminik ki, qanunazidd addımların qarşısı vaxtında alınacaq.//Pravda.az

D
demokrat.az