Siyasət Özəl

Ərdoğan: "Baydenlə görüş gündəmimizdə deyil"

Ərdoğan: Baydenlə görüş gündəmimizdə deyil

“ABŞ prezidenti Co Bayden ilə görüş gündəmimizdə deyil”.

Demokrat.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O deyib ki, Türkiyənin Qəzza ilə bağlı mövqeyini hamı bilir:

“ABŞ prezidenti ilə bu məsələ çərçivəsində hər hansı bir görüş keçirmək kimi gündəmimiz yoxdur. Bizim mövqeyimiz hamıya məlumdur. Ümid edirik ki, Qəzza hadisələri ilə bağlı ABŞ-ın mövqeyində dəyişim olacaq.

Onlar da digərləri kimi sülh üçün İsrailə təzyiq edə bilərlər. ABŞ prezidenti Baydenlə görüş bizim gündəmimizdə deyil. Əgər o bizə zəng edərsə, onunla görüşüb danışarıq".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova