Beynəlxalq Şagird Qiymətləndirməsi Proqramı – PISA-nın nəticələrinə görə Azərbaycan 81 ölkə arasında 56-cı yerdədir.
Rəqəmlər qənaətbəxş görünməsə də, təhsil eksperti Elşən Qafarov şagirdlərin göstəricilərinin aşağı olmadığı qənaətindədir.
O, Demokrat.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan ildən-ilə PISA qiymətləndirməsində nəticələrini yaxşılaşdırır:
“Pandemiya səbəbilə qiymətləndirmədə adı çəkilən bütün ölkələrin göstəricilərində geriləmə var. Buna baxmayaraq digər ölkələrlə müqayisədə Azərbaycan nəticələrini qoruyub, saxlayır. Pandemiya dövründəki qiymətləndirmələrdə Azərbaycan ildən-ilə nəticələrini yaxşılaşdıran, hətta rekord dərəcədə irəliləyən ölkə oldu. Ölkə təhsilində islahatlar yeni başlayıb. Növbəti 10 il ərzində PISA qiymətləndirməsində, eləcə də digər qiymətləndirmə sistemlərində qabaqcıl ölkələrlə müqayisə olunacaq nəticələr əldə edəcəyimizə inanıram”.
Törə Zeynallı Demokrat.az


